» » Lavrov Dağlıq Qarabağın statusu barədə danışdı

Lavrov Dağlıq Qarabağın statusu barədə danışdı

Lavrov Dağlıq Qarabağın statusu barədə danışdı

“Ermənistan bunu müzakirə etmir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni deputatların Dağlıq Qarabağın tanınmasına dair təklifin müzakirə olunması ilə bağlı təlaşa səbəb görmür, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək.

ucarliyiq.biz - in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.
 
“Ermənistan bunu müzakirə etmir. Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən indidən təlaşa düşməzdim və həyəcan təbili çalmazdım. İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil,  ümumi razılıq əsasında müəyyənləşdiriləcək”, - Lavrov bildirib.

Nazir həmçinin qeyd edib ki, yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır.

“Görüş planlaşdırırıq, çünki məsələ yüksək diqqət tələb edir. Yəgin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə o vurğulayıb.