» » İrandan neftin qiymətlərinə yeni zərbə

İrandan neftin qiymətlərinə yeni zərbə

İrandan neftin qiymətlərinə yeni zərbə

Hakimiyyət hasilatı dörd milyon barelə çatdırmaq niyyətindədir.

İran neft hasilatının göstəricilərini sanksiyaları tətbiq edildiyi dövrə qədər olan göstəricilərdən yüksək səviyyəyə çatdırıb, indi Tehran sutkada 3,8 milyon barel neft hasil edir.

Ucarliyiq.biz xəbər verir ki, “National Iranian Oil Co” dövlət şirkətinin bu məlumatlarını “Bloomberg” təqdim edib.  

Sanksiyalar tətbiq edilənə qədər İranda neft hasilatı sutkada 3,5-3,7 milyon barel səviyyəsində idi. Sanksiyaların tətbiq edildiyi dövrdə Tehran neft ixracını sutkada təxminən bir milyon barelə qədər azaltdı.

Qeyd edilir ki, İran hakimiyyəti gələn ilin mart ayının sonuna qədər neft hasilatını sutkada dörd milyon barelə qədər artırmaq niyyətindədir.

Qeyd edək ki, İran neft hasilatının sutkada dörd milyard barelə çatdırılmasından sonra digər ölkələrlə neft hasilatının dondurulmasına dair kooperasiyaya hazırdır.