» » Ohanyan: Döyüşlər hər an başlaya bilər

Ohanyan: Döyüşlər hər an başlaya bilər

Ohanyan: Döyüşlər hər an başlaya bilər

“Vəziyyət gərgindir”.

Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər.

ucarliyiq.biz - in News.am-a istinadən məlumatına görə, bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib.

“Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq”, - erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.

S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.

“Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır”, - o, deyib.