» » Azərbaycanlı qızının toyuna cərimə ödədikdən sonra gələ bildi

Azərbaycanlı qızının toyuna cərimə ödədikdən sonra gələ bildi

Azərbaycanlı qızının toyuna cərimə ödədikdən sonra gələ bildi

Ona 300 min rubl məbləğində cərimə qoyulmuşdu.

Rusiyada İşevsk şəhərinin sakini Rusiya hüdudlarından çıxmaq məhdudiyyətini aradan qaldırmaq üçün cəriməni ödəməli olub, bu barədə Federal Məhkəmə pristavları Xidmətinin mətbuat xidmətindən bildirilib.  

Kişi Rusiya Federasiyası CM-nin 290 - “rüşvət alma” maddəsi ilə məsuliyyətə cəlb edilib. Ona 300 min rubl məbləğində cərimə qoyulmuşdu.

Amma vətəndaş cərimənin yalnız yarısını ödəmişdi. Məhkəmə pristavı tərəfindən ona ölkə hüdudlarından kənara çıxmağa məhdudiyyət qoyulmuşdu.

Azərbaycanlı cəriməni tamamilə ödədikdən sonra qızının toyuna gələ bilib.