» » NATO-nun yeni komandanı Rusiyaya qarşıdır

NATO-nun yeni komandanı Rusiyaya qarşıdır

NATO-nun yeni komandanı Rusiyaya qarşıdır

“NATO “dirçələn Rusiya” ilə qarşılaşıb”.

NATO “dirçələn Rusiya” qarşısında elastiklik və çağırışlara operativ reaksiya verərək mübarizəyə hazır olduğunu göstərməlidir.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə mayın 4-də Alyansın Avropadakı birləşmiş qüvvələrinin yeni ali baş komandanı, amerikalı general Kertis Skaparrottinin sözlərini sitat gətirən Pentaqonun mətbuat xidməti bildirib.

Skaparrottinin fikrincə, NATO özünü dünya dövləti kimi göstərməyə çalışan “dirçələn Rusiya” ilə qarşı-qarşıyadır. Alyansın digər problemləri sırasında o, terrorizmi, eləcə də “Şimali Afrikadan və Yaxın Şərqdən qeyri-sabitliyin qovduğu” qaçqınlar böhranını göstərib.

“Bu problemlərin həlli üçün hazırlıq səviyyəmizi artırmağa çalışmalıyıq, bununla yanaşı dözümlülük siyasəti işə yaramadığı halda, dərhal mübarizəyə qoşulmağa görə, mobilliyimizi yüksək səviyyədə saxlamalıyıq”, - o deyib.