» » Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır

Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır

Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır

Yaxın zamanda baş nazir bəyanatla çıxış edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu ilə görüşün nəticələrinə görə, onu baş nazir və partiya sədri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. 

Ucarliyiq.biz “Cumhuriyet”ə istinadən xəbər verir ki, Davudoğlu və Ərdoğan arasında son zamanlarda təzahür edən fikir ayrılığını mayın 4-də baş tutan görüş zamanı aradan qaldırmaq mümkün olmayıb. 

Nəticədə Ərdoğan Davudoğlu ilə vidalaşmaq qərarına gəlib. 

Yaxın günlərdə Davudoğlunun bəyanatla çıxış edəcəyi gözlənilir. 20 gün ərzində isə Ədalət və İnkişaf Partiyasının növbədənkənar konqresi baş tutacaq, konqres zamanı partiyanın yeni rəhbəri seçiləcək.