» » Xanım aparıcılar arasında məhkəmə qızışır - foto

Xanım aparıcılar arasında məhkəmə qızışır - foto

Xanım aparıcılar arasında məhkəmə qızışır - foto
Xanım aparıcılar arasında məhkəmə qızışır - foto

"Zuhal Topalla izdivaç" proqramına qatılan Zekeriya Atak adlı bəy namizəd fevralda "Türkiyə şəhid verdi, siz burada oynadınız" deyərək canlı yayımı tərk etmişdi.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ardından həmin adamın rəqib kanalda eyni formatda proqrama aparıcılıq edən Seda Sayan tərəfindən göndərildiyi iddia edilmişdi. Hətta sosial mediada Atakın Zuhal Topalın verilişində qalmaqal yaratması üçün S.Sayan və nişanlısı tərəfindən 4350 lirə pul aldığını etiraf etdiyi video da yayılmışdı.

Lakin sonra Zekeriyye həmin görüntülərin silah gücüylə çəkildiyini deyərək Z.Topal, həyat yoldaşı Korhan Saygıner, xəbərlərin aparıcısı Fatih Portakal və prodüser Zeynep Pekerdən məhkəməəyə şikayət edib. Məhkəmədə şantaj iddiasıyla başladılan araşdırmadan sonra S.Sayan da Zuhal və ərini məhkəməyə vermişdi.

Bu gün S.Sayan və E.Çelik vəkilləri ilə birgə ifadə veriblər. Sayan Z.Topalın cəzalandırılmasını istəyib. Müğənni məhkəmədən çıxarkən vəkili ilə çəkdirdiyi fotonu İnstaqramda paylaşıb.

Xanım aparıcılar arasında məhkəmə qızışır - foto