» » Pakistanda 16 yaşlı qızı rəfiqəsinə kömək etdiyi üçün öldürüb yandırdılar

Pakistanda 16 yaşlı qızı rəfiqəsinə kömək etdiyi üçün öldürüb yandırdılar

Pakistanda 16 yaşlı qızı rəfiqəsinə kömək etdiyi üçün öldürüb yandırdılar

Ağsaqqallar Şurası hesab edib ki, belə hərəkət insanın şərəfini ləkələyir.

Pakistanın Hayber-Paxtunxva vilayətində 16 yaşlı qızı amansızcasına öldürüblər.

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə mayın 5-də Dawn nəşri məlumat verir.

Məlumata əsasən, gənc qız rəfiqəsinə sevdiyi oğlanla ailə qurmaq üçün Makol kəndindən qaçmağa kömək edib. Bu səbəbdən yerli ağsaqqallar Şurası onu cəzalandırmaq qərarına gəlib. 15 nəfərdən ibarət Şura hesab edib ki, belə hərəkət insanın şərəfini ləkələyir.

Gənc qızı Donqa Qali şəhərinin kənarındakı köhnə evlərdən birinə gətirib öldürüblər. Sonradan onun cəsədini mikroavtobusun oturacağına bağlayaraq yandırıblar.

Polis cinayətdə əli olan 13 nəfəri, o cümlədən qızın anasını da həbs edib.