» » AJ: Rusiya Ermənistana digər ölkələrdən silah almağa icazə vermir

AJ: Rusiya Ermənistana digər ölkələrdən silah almağa icazə vermir

AJ: Rusiya Ermənistana digər ölkələrdən silah almağa icazə vermir

“Ohanyan cavab olaraq dolayı yolla anlatdı”.

Niyə Ermənistan Çin və ya İsraildən silah almır? Niyə görə Ermənistan ordunu yalnız Rusiyadan alınan silahlarla təchiz edirlər?

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Yervanın “Aykakan Jamanak” qəzeti yazır.

Qəzetin məlumatına görə, bu suallar parlamentin bir qrup deputatları ilə görüşdə Ermənistanın müdafiə naziri Seyran Ohanyana verilib. 

“Bu suallar 200 milyon kredit çərçivəsində vəd edilmiş Rusiya silahının ləngiməsi probleminin müzakirəsində səslənib. Bizdə olan məlumata görə, Ohanyan dolayı yolla Rusiyanın Ermənistana digər ölkələrdən silah almağa icazə vermədiyini anladıb. O həmçinin əlavə edib ki, indiyə qədər Ermənistan Rusiyadan silah alırdı və hələlik belə də davam etmək niyyətindədir”, - “Aykakan Jamanak” qeyd edib.