» » Nazarbayev ölkəni qarışdırmaq istəyənlərə xəbərdarlıq etdi

Nazarbayev ölkəni qarışdırmaq istəyənlərə xəbərdarlıq etdi

Nazarbayev ölkəni qarışdırmaq istəyənlərə xəbərdarlıq etdi

“Biz ən sərt tədbirlərə əl atacağıq”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev respublikada “Ukrayna ssenarisini” təkrarlamaq istəyən şəxslərə qarşı ən sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edib. 

Ucarliyiq.biz Rosbalta istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət televiziya kanalının “Xabar” - xəbərlərin axşam buraxılışının efirində səslənib. 

“Qazaxıstanlılar Ukrayna hadisələrinin ölkədə təkrarlanmasını istəmirlər. Qoy hamı eşitsin və bilsin ki, bu hadisələri burada həyata keçirmək istəyənlərə qarşı ən sərt tədbirlərə əl atacağıq və sonra deməyin ki, mən xəbərdarlıq etməmişdim”, - deyə Nazarbayev öz iqamətgahında keçirdiyi geniştərkibli iclas zamanı bildirib. 

Daha öncə “Novosti-Kazaxstan”ın yaydığı məlumata görə, Nazarbayev dünya böhranının ölkənin inkiaşfına təsir etdiyini deyib, eləcə də vətandaşları sayıq olmağa, sabitliyi və bir-birinə qarşı hörməti sarsıtmağa imkan verməməyə çağırıb.