» » “Əl-Kaida” İŞİD-ə kömək edəcəyinə söz verdi

“Əl-Kaida” İŞİD-ə kömək edəcəyinə söz verdi

“Əl-Kaida” İŞİD-ə kömək edəcəyinə söz verdi

“Biz xəlifəti tanımırıq”.

“Əl-Kaida” terror təşkilatı İŞİD-ə ABŞ-ın başçılıq etdiyi koalisiya qarşı mübarizədə kömək edəcəyinə söz verib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters “Əl-Kaida” lideri Ayman əz-Zəvahirinin radio müraciətinə istinadən xəbər verir.

Təşkilatın rəhbəri qeyd edib ki, imkan yaranan kimi, onun tabeliyində olan döyüşçülər Suriya və İraqda koalisiya qüvvələrinə müqavimət göstərmək üçün İŞİD ekstremistləri ilə birləşəcək.

Bununla belə əz-Zəvahiri bildirib ki, bu qərar iki qruplaşmanın birləşməsi demək deyil, və “Əl-Kaida” əvvəlki kimi Əbubəkr əl-Bağdadini xəlif saymır.

“Biz xəlifəti tanımırıq”, - “Əl-Kaida” lidera deyib.