» » WSJ: BP İranda ofis açır

WSJ: BP İranda ofis açır

WSJ: BP İranda ofis açır

İranın Milli Neft Şirkətinin rəhbəri bu haqda danışıb.

Britaniya neft şirkəti BP bu yay İranda ofis açmaq niyyətindədir. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal”-na (WSJ) İranın Milli Neft Şirkətinin rəhbəri Rokneddin Cavadi bildirib.

Onun sözlərinə görə, şirkət öz texnoloji yeniliklərini İranla bölüşməyi və ölkəyə investisiya yatırmağı planlaşdırır. 

Nəşr yazır ki, Britaniya şirkəti məsələ ilə bağlı şərh vermək istəməyib. 

Jurnal həmçinin qeyd edir ki, bu vaxta qədər BP-nin baş icraçı direktoru Bob Dadli İrana investisiya yatırmağa ehtiyatla yanaşıb.