» » Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı

“Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”.

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bu gün Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya vətəndaşları hazırlayıblar. 

Ucarliyiq.biz xəbər verir ki, FTX-də saxlanılan şəxslər haqqında məlumat verilmir. 

Məlumata görə, xüsusi xidmət əməkdaşları şübhəli şəxslərdən “terrorçu fəaliyyət vasitələrini” müsadirə ediblər.  

“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramları dövründə ictimai nəqliyyatda terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, - agentlik Xidmətin məlumatından sitat gətirir.