» » Avetisyan 11 ermənini qul kimi işlədib

Avetisyan 11 ermənini qul kimi işlədib

Avetisyan 11 ermənini qul kimi işlədib

Vətəndaşların istismar edilməsi faktı aşkarlanıb.

Ermənistan İstintaq Komitəsi Rusiyanın Murmansk vilayətində vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı ilə cinayət işi qaldırıb.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə FlashNord nəşri qurumun nümayəndəsinə istinadən xəbər verir.

“Vətəndaşların istismar edilməsi faktı aşkarlanıb. Sübutlar var ki, Ermənistanın 11 vətəndaşı Rusiyanın Murmansk və Kirovsk şəhərlərində uzun müddət işləməyə məcbur ediliblər”, - mənbə deyib.

Qurumun məlumatına əsasən, şübhəli şəxs qismində Avetisyan soyadlı şəxs axtarılır. O, 2013-2014-cü illər ərzində hipermarketin tikintisində 11 erməninin əməyindən istifadə edib və onların pulunu verməyib.

Rusiya DİN-in və İK-nin Murmansk vilayəti üzrə İdarələrindən faktla bağlı heç bir açıqlama verilməyib. Bildirilir ki, Avetisyanın axtarışı ilə İnterpol məşğul olur.