» » İsrailli Allahı məhkəməyə verdi

İsrailli Allahı məhkəməyə verdi

İsrailli Allahı məhkəməyə verdi

O, ədalətsizlikdən gileylənir.

Hayfa şəhər məhkəməsinə yerli sakindən Allaha qarşı iddia daxil olub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. 

Adı açıqlanmayan kişi Yaradanın ona qarşı son zamanlar həddən artıq ədalətsiz davrandığından gileylənib. Protokolda Allahın cavabdeh kimi məhkəmənin iclas zalına gəlməyib.

Hakim, iddianı gülünc adlandırıb, qeyd edib ki, kişi “kömək üçün başqasına müraciət etməlidir”.

İddiaçı əvvəllər də Allahdan şikayət edib: o, üç il ərzində Allahın ona yaxınlaşmamasının qadağan edilməsini tələb edib, amma polislər bunu etməyiblər.