» » “Tom və Cerri”ni İŞİD-ə köməkdə ittiham etdilər

“Tom və Cerri”ni İŞİD-ə köməkdə ittiham etdilər

“Tom və Cerri”ni İŞİD-ə köməkdə ittiham etdilər

Cizgi filmi uşaqlara məkrli planlar qurmağa kömək edir.

Misir Dövlət Mətbuat xidmətinin rəhbəri Salah Əbdel Sadek hesab edir ki, “Tom və Cerri” cizgi filminə görə uşaqlar zorakılığa laqeyd qalırlar.

Ucarliyiq.biz xəbər verir ki, məmurun fikrincə, bu İŞİD terror qruplaşmasının formalaşmasına da təsir göstərib.

Qahirə universitetində çıxış edən Sadek bildirib ki, “Tom və Cerri” cizgi filmində zorakılıq hərəkətləri məzəli bir hadisə kimi təqdim olunur:

“Bəli, mən onu vura və partlada bilərəm”. Dövlət Xidmətinin rəhbərin hesab edir ki, belə fikirlər yaddaşda qalır və təbii bir şey kimi qəbul edilir.

Sadekin çıxışdan sonra, Misirin Youm7 qəzeti ““Tom və Cerri” terrorçuluğu necə təbliğ edir” adlı məqalə yazıb.

Məqalədə qeyd olunur ki, cizgi filmi ədalət ideyasını təhrif edir, uşaqlara məkrli planlar qurmağa kömək edir, bıçaq və tapançadan istifadə etməklə zorakılığı dəstəkləyir.