» » Səudiyyə Ərəbistanı neftin qiymətini çökdürməkdə israrlıdır

Səudiyyə Ərəbistanı neftin qiymətini çökdürməkdə israrlıdır

Səudiyyə Ərəbistanı neftin qiymətini çökdürməkdə israrlıdır

Ölkə, həmçinin on il ərzində qaz hasilatını iki qat artırmağı planlaşdırır.

İri neft ixracatçısı Səudiyyə Ərəbistanı 2016-cı ildə neft hasilatının həcmini artırmaq, eləcə də bazarda iştirakını genişləndirməyi planlaşdırır.  

ucarliyiq.biz “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Saudi Aramco” Dövlət Neft Şirkətinin rəhbəri Amin Nasser bildirib.  

“Məsələnin yetərincə mürəkkəb olmasına baxmayaraq, bizim gələcək inkişaf üçün imkanlarımız mövcuddur”, - “Saudi Aramco”nun rəhbəri gələcək genişlənmədən danışarkən bildirib.

Əsasən növbəti bir neçə həftə ərzində “Şayba” yatağında neft hasilatının 33%, sutkada 1 milyon barelə qədər, on il ərzində isə qaz hasilatının iki qat artırılması planlaşdırılır.

Daha öncə “Saudi Aramco”nun 2016-cı ildə neft hasilatını sutkada 10,2 milyon barel artıracağına dair əvvəlki proqnoza qarşı, neft hasilatının sutkada 10,3 milyon barelə qədər artıracağı barədə məlumat yayılmışdı.