» » Ermənistanda kişi onunla intim münasibətdə olmaqdan boyun qaçıran qohumunu boğdu

Ermənistanda kişi onunla intim münasibətdə olmaqdan boyun qaçıran qohumunu boğdu

Ermənistanda kişi onunla intim münasibətdə olmaqdan boyun qaçıran qohumunu boğdu

Ehtimal edilən cinayətkar saxlanılıb.

Ermənistanda evdə cəsədi yanmış vəziyyətdə tapılan 56 yaşlı S.-nin ölümü ilə əlaqədar cinayət işi qaldırılıb. 

Ucarliyiq.biz “Novosti-Armenii”ya istinadən xəbər verir ki, bu barədə İstintaq komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, qətl hadisəsinin törədildiyi müəyyən edilib. Cinayətkarın kimliyi məlumdur.

Mənbənin bildirdiyinə görə, mayın 10-da gecə saat iki radələrində Lori vilayətinin Şnox kəndində evin yanmasına dair siqnal daxil olub. Hadisə yerinə gələn əməliyyat qrupu kəndin 56 yaşlı sakininin evinin yandığını müəyyən edib, qadının yanmış cəsədi yataq otağında tapılıb.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində, həmin gecə qadının evinə (1993-cü il təvəllüdlü) sərxoş vəziyyətdə olan uzaq qohumunun gəldiyi müəyyən edilib. İlkin məlumata görə, gənc adam qadına intim münasibət təklif edib, amma etiraz eşitdikdə onu boğub. Cinayətin izlərini gizlətmək üçün yatağı yandırıb.

Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndi üzrə cinayət işi qaldırılıb. Ehtimal edilən cinayətkar saxlanılıb.

Bir sıra ekspertizalar təyin edilib.