» » Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO

O, rəqib komandanın qapısına şayba vurub.

Rusiya prezidenti Vladimir Putin Gecə Xokkey Liqasının Qala-matçında “GXL ulduzları” komandasının tərkibində “GXL yığması”na qarşı mübarizə aparıb.

Ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir ki, ikinci hissənin ilk dəqiqələrində Putin rəqibin qapısına şayba vurub, bununla da “GXL ulduzları” komandasının vurduğu şaybaların sayı beşə çatıb.

Birinci hissə 3:0 hesabı ilə “GXL ulduzları” komandasının xeyrinə başa çatıb.

Matç Soçi Olimpiya parkında “Bolşoy” Buz sarayında keçirilib. Dövlət başçısı “GXL ulduzları” komandasının tərkibində, ənənəvi olaraq 11 nömrəli köynəkdə buz meydançasına çıxıb.

Prezident mütəmadi olaraq Gecə Xokkey Liqasında iştirak edir. Sonuncu dəfə o, 2015-ci il oktyabrın 7-də ad günündə “GXL ulduzları” komandasının tərkibində matçda iştirak edib. Həmin görüşdə Putin rəqibin qapısından yeddi şayba keçirib.

2015-ci ilin mayında prezident GXL qala-matçında iştirak edib. O zaman Putin öz hesabına səkkiz şayba yazıb, tərkibində oynadığı komanda isə 18:6 hesabı ilə qalib gəlib.

Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO

Putin xokkey oynadı – FOTO