» » Suriyada Rusiya istehsalı olan “T-90” vuruldu – VİDEO

Suriyada Rusiya istehsalı olan “T-90” vuruldu – VİDEO

Suriyada Rusiya istehsalı olan “T-90” vuruldu – VİDEO

Video YouTube kanallarının birində yerləşdirilib.

Suriyalı qiyamçılar Hələbin cənubunda yerləşən yaşayış məntəqəsi ərazisində hökumətinin qüvvələrinə məxsus “T-90A” tankını vurublar.

Ucarliyiq.biz xəbər verir ki, müvafiq video mayın 10-da YouTube kanallarının birində yerləşdirilib.

Kadrlardan göründüyü kimi, “Azad Suriya ordusu”nun döyüşçüsünün hərəkətdə olan “T-90” tankını “TOW-2” tank əleyhinə raket kompleksindən vurduğu əks edilib. Zədələnmiş tank daha sonra havadan çəkilib.

Bu, Suriyada “T-90” tankının raketlə vurulduğu əks olunan ikinci videodur. Fevralın sonunda Hələb vilayətində yaraqlılar Amerika istehsalı olan raketlərlə tankı vurmalarını çəkmişdilər.

1,5 dəqiqə sürən videoda Suriyada elə geniş yayılmayan “T-72” tankının deyil, onun təkmilləşdirilmiş versiyası olan “T-90” əks olunması, əsasən “Ştora-1” aktiv müdafiə sisteminin və tankın qülləsində məsafədən idarə edilən pulemyot qurğusunun olmasını göstərir.