» » Amerikalı milyarderlər “Əl-Qaidə”nin hədəfinə çevrilib

Amerikalı milyarderlər “Əl-Qaidə”nin hədəfinə çevrilib

Amerikalı milyarderlər “Əl-Qaidə”nin hədəfinə çevrilib

Bill Geyts planlaşdırılmış qurbanların siyahısındadır.

“Əl-Qaidə” terror təşkilatı tərəfindən nəşr edilən Inspire jurnalının son buraxılışında məşhur amerikalı biznesmenlərə birbaşa hücumlara çağırışlar yer alır, NBC News bildirib.

ucarliyiq.biz xəbər verir ki, hücum planlaşdırılan binesmenlər siyahısına Microsoft-un təsisçisi Bill Geyts, milyarder Uorren Baffet, Çarlz və Devid Kox, eləcə də Nyu-Yorkun sabiq meri Maykl Blumberq daxil edilib.

Jurnalda həmçinin bu şəxslərin, öz sərmayələrini ölkənin hüdudlarından kənarda realizə etdikləri halda siyahıdan silinmələrinin mümkün olduğu da deyilir. Onlardan həmçinin İsraili dəstəkləməyə qarşı olduqlarını bəyan etmələri də tələb edilir.