» » Azərbaycanlının bandası Rusiyada Skype vasitəsilə narkotik satırdı

Azərbaycanlının bandası Rusiyada Skype vasitəsilə narkotik satırdı

Azərbaycanlının bandası Rusiyada Skype vasitəsilə narkotik satırdı

O, federal axtarışa verilib.

Rusiyada sintetik mənşəli narkotiklərin satış kanalı bağlanılıb.

Rusiya Federasiyasının vətəndaşları - Moskva və Çelyabinsk şəhərlərinin sakinlərindən ibarət cinayətkar qrupun 7 üzvü olub. Qrupun təşkilatçısı Azərbaycan vətəndaşıdır.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, narkotiklər internet vasitəsilə, Skype proqramının yardımı ilə realizə edilirdi. Ödəmə isə kivi-pulqabılarına pul köçürməklə yerinə yetirilirdi. “Alıcı” malı müəyyənləşdirilmiş yerdən alırdı. İki il ərzində qrup respublika ərazisində narkotiklərin satışı ilə məşğul olub.

Fakt üzrə Rusiya Federasiyasının Karaçayevo-Çerkez Respublikası üzrə Federal Narkotiklərin dövriyyəsinə nəzarət Xidməti İdarəsinin İstintaq şöbəsi tərəfindən narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı RF Cinayət Məcəlləsinin m.228.1, b.4 üzrə cinayət işi açılıb.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin bu maddəsi üzrə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.   

Qrupun təşkilatçısı federal axtarışa verilib. Qrupun digər üzvlərinə qarşı həbs-qətimkan tədbiri seçilib.