» » National Geographic və 21st Century Fox birləşdilər

National Geographic və 21st Century Fox birləşdilər

National Geographic və 21st Century Fox birləşdilər

Sövdələşmənin məbləği 725 milyon dollardan ibarət olacaq.

National Geographic Partners National Geographic kabel kanalını, eyni adlı jurnalı, studiya, rəqəmsal platformaları və sosial mediaları, uşaq KİV-ni, kitabları, xəritələri, səyahət servislərini və digər biznes növlərini birləşdirəcək. Bu, ABŞ Milli Coğrafiya Cəmiyyəti və 21st Century Fox tərəfindən qərara alınıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, sövdələşmənin məbləği 725 milyon dollardan ibarət olacaq. Sövdələşmədən fondun əldə etdiyi vəsait maarifləndirmə və alimlərin dəstəklənməsinə sərf ediləcək, bu, coğrafi cəmiyyətin xeyriyyə fondunun vəsaitini milyard dollara qədər artıracaq.

Bu isə təhsil və elmi-tədqiqat fəaliyyətinə yatırılan sərmayələrin məbləğinin iki dəfə artırılması üçün imkan yaradacaq.

Təşkilatın planında məktəblilərə coğrafi biliklərin öyrədiləcəyi mərkəzin açılması var, eləcə də “kartoqrafiya, jurnalistika və fotoqrafiyanın öncül təcrübəsi” mərkəzinin də açılması planlaşdırılır.

Coğrafi cəmiyyət və Fox 18 ildir ki, əməkdaşlıq edirlər. National Geographic televiziya şəbəkəsi 1997-ci ildə yayıma başlayıb. Geo xəttinə Nat Geo Music, Nat Geo Junior, Advеnture, Wild və Abu Dhabi daxildir. Bəzi ölkələrdə kanallar peyk vasitəsilə yayımlanır. Teleşirkətin məlumatına müvafiq olaraq bütün dünyada onlara 500 milyon evdar qadın baxır.

National Geographic jurnalının bu il 127 yaşı tamam olur.