» » Türkiyə Avropa İttifaqına güzəştə getmir

Türkiyə Avropa İttifaqına güzəştə getmir

Türkiyə Avropa İttifaqına güzəştə getmir

“Biz terrorizmlə mübarizə aparırıq”.

Türkiyə Avropa İttifaqı ilə viza rejiminin liberallaşması üçün bütün şərtləri yerinə yetirib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Strasburqda Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır bəyan edib, onun bəyanatını TRT telekanalı yayıb.
 
“Bu 72 şərt, onların yerinə yetirilməsini siyasi nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Və biz siyasi nöqteyi-nəzərdən hesab edirik ki, bütün 72 şərt yerinə yetirilib”, - o deyib.

Aİ-nin terrorizm ilə mübarizə qanunlarının dəyişdirilməsi tələblərindən danışarkən Bozkır qeyd edib ki, “hazırda bu, mümkün deyil”.

“Biz terrorizmlə mübarizə aparırıq. Ölkəmizin cənubi-şərqində terror aktları və bomba partlayışları davam edir. Ona görə də indi terrorizm ilə mübarizə qanunlarına dəyişikliklər edə bilmərik və bunu etməyəcəyik”, - o deyib.