» » Rusiya aviasiyası Ermənistanda təlimlərə başladı

Rusiya aviasiyası Ermənistanda təlimlərə başladı

Rusiya aviasiyası Ermənistanda təlimlərə başladı

Təlimlərə 200-dən artıq hərbçi cəlb edilib.

Rusiyanın Ermənistanda yerləşən Cənub hərbi dairənin Erebuni hərbi aviasiya bazasında, birləşmə komandiri Aleksandr Petrovun rəhbərliyi altında qırıcıların və ordu aviasiyasının birgə taktiki uçuş təlimləri başlayıb. 

Ucarliyiq.biz Sputnikə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

Təlimlərə CHD-nin Rusiya aviasiya birləşməsinin 200-dən artıq hərbçisi və 20-yə yaxın təyyarə və helikopter, o cümlədən də “MiQ-29” qırıcıları, “Mi-24P” helikopterləri və “Mi-8MT” nəqliyyat helikopterləri cəlb edilib.

Təlimlərin gedişatında helikopterlərin mühafizəsi və dağlıq ərazidə tapşırıqların yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyətin təşkilatı, eləcə də gecə və gündüz saatlarında müxtəlif yüksəkliklərdə tədris döyüşlərinin keçirilməsi məsələləri işlənəcək.

Birləşmənin qırıcı və ordu aviasiyası heyətləri yerdə olan hədəflərə şərti zərbələrin endirilməsini və yüksək dağlıq “Alaqəz” poliqonunda tapşırıq yerinə yetirən motoatıcı bölmələrin mühafizəsini həyata keçirəcəklər.  

Uçuşlara və hava döyüşlərinin aparılmasına nəzarət müasir kompüterləşdirilmiş dispetçer-nəzarət mənətəqsində “Orlan-10” pilotsuz uçan aparatlar kompleksinin istifadəsi ilə aparılacaq.