» » İranlı deputat hicabsız şəkillərinə görə kürsüsündən məhrum oldu

İranlı deputat hicabsız şəkillərinə görə kürsüsündən məhrum oldu

İranlı deputat hicabsız şəkillərinə görə kürsüsündən məhrum oldu

Qadını “millətə xəyanətdə” ittiham ediblər.

İranın mübahisələrin həlli üzrə komitəsi fevral ayında parlament seçkilərində qalib gələn qadın namizədlərdən birinə deputat kürsüsündə oturmağı qadağan edib.

Ucarliyiq.biz “The New York Times”a istinadən xəbər verir ki, buna səbəb qadının sosial şəbəkələrdə Avropa səfəri zamanı hicabsız çəkdirdiyi şəkilləri paylaşması olub.

Komitə Mono Haleginin and içmədə iştirak edə bilməyəcəyinə dair qərar qəbul edib. Keçən həftə sosial şəbəkədə paylaşdığı şəkillər mühafizəkarlara qadını “millətə xəyanətdə” ittiham etmək üçün fürsət verib.

Bununla yanaşı, Halegi özü və onun təmsil etdiyi islahatçılar partiyası, işin siyasi motivə edildiyini bəyan ediblər. Siyasətçi islam ənənələrinə sadiqliyini, fotoların isə saxta olduğunu vurğulayıb.

O, bu şəkilləri yayan adamı məhkəməyə verib. Kişi komitənin iclasından bir gün öncə saxlanılıb.