» » Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Ölənlər var.

Türkiyənin cənubi-şərqində, Hakkari əyalətində hərbi helikopter qəzaya uğrayıb və iki pilot həlak olub.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Hakkari əyalətinin Çukurca rayonunda terror əleyhinə əməliyyatda iştirak edən “Kobra” helikopteri saat 6:50 radələrində (Bakı vaxtı ilə) texniki nasazlığa görə qəzaya uğrayıb. Hər iki pilot həlak olub.

Araşdırma aparılır.