» » ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR

ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR

ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR

Bu gün ANS TV dünya və Azərbaycan televiziya məkanında bir ilk olaraq həyata keçirtdiyi yeni layihəsinin təqdimatı keçirilib.

Ucarliyiq.biz-ın Trend-ə istinadən məlumatına görə, yeni layihəyə əsasən ANS TV-nin yarandığı vaxtdan - 1991-ci ildən bu günə kimi efirdə yayımlanan verilişlərin hamısına internet vasitəsilə baxmaq mümkün olacaq. Bunun üçün www.anstv.ws saytına girərək arxiv videolar bölümünə daxil olmaq lazımdır. Burada istifadəçilər videoları tarix, kateqoriya, aparıcı, müxbir və verilişin adına görə təsnifləşdirə bilərlər.

Layihənin rəhbəri Eldəniz Elgün çıxış edərək bildirib ki, bu təşəbbüsü "Çingiz Mustafayev Fondu"nun dəstəyi ilə həyata keçirilib:

"Layihənin yaradılmasında məqsəd 1991-ci ildən bu günə qədər olan verilişləri, xəbərləri, müxtəlif hadisələri, bir sözlə, Azərbaycan tarixini insanlara çatdırmaqdan ibarətdir. Bununla paralel olaraq bu layihənin davamı kimi "Qızıl Fond"un da vaxtaşırı 6 dəqiqəlik materialları tamaşaçıların ixtiyarına verilir. Yaxın vaxtlarda "Qızıl Fond" əsasında hazırlanmış sənədli filmlər də efirə gedəcək".

Daha sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxış edib. O, vurğulayıb ki, ANS hər zaman cəmiyyətə müxtəlif ideyaları ilk olaraq təqdim edən telekanaldır:

"Hesab edirəm ki, bugünki layihənin təqdimatının tarixi əhəmiyyəti ondan ibarətdir ki, bir vaxtlar Azərbaycanın Sovet qurluşuna xidmət edən hökmət üzvlərindən tələb etdiklərimizi nəhayət model olaraq özümüz də tətbiq elədik. Arxivlərimizi cəmiyyətə açdıq. Təbii ki, bu arxivlərin yenidən işlənməsi və səliqə səhmana salınmasında layihənin rəhbəri Eldəniz Elgün və onun komandasının böyük zəhməti olub. Amma ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti Seyfulla Mustafayev olmasaydı, işığına toplaşdığınız bu arxiv də olmayacaqdı. Bu layihədə 1991-ci ildən biz nəzərdə tutsaqda, amma 1990-cı ildən çəkilmiş çoxlu kadırlarda var. Hər kəsi bu layihədən yararlanmağa dəvət edirəm".

Bir vaxtlar ANS-də çalışmış, hazırda millət vəkili Qənirə Paşayeva bildirib ki, bu layihə ikitərəfli insanlarımız üçün çox maraqlı olacaq:

"Birincisi, Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günə qədər keçdiyi bütün yolun tarixi ANS-də var və bu layihə vasitəsilə insanlar yenidən bunları izləyə biləcəklər. Bu tarix bu gün kimlərinsə fikir və düşüncələri ilə çıxış etdiklərindən daha çox görünən tarix olacaq. Hesab edirəm ki, bu layihə bütün insanlarımız üçün çox maraqlı olacaq. Eyni zamanda bunun ikinci bir vacib tərəfi var. Belə ki, bu jurnalistika həyatına ilk başlıyan insanlar üçün də çox önəmli bir layihə olacaq. Jurnalistikaya gələn gənclər görəcəklər ki, seçdikləri peşə nə deməkdir. Mən də çox sevinirəm ki, o tarixin bir hissəsində müsahibələrim və proqramlarım var. ANS rəhbərliyini təbrik edirəm ki, çox önəmli bir layihə həyata keçiriblər. İnaıram ki, hammımız bu gözəl layihən yararlanacağıq".

Daha sonra deputat Fazil Mustafa çıxışında deyib ki, bu gün həqiqətən gözəl bir layihənin təqdimatına yığışmışıq:

"Azərbaycan cəmiyyətində hesab edirəm ki, bir tendensiya var. Nə qədər qədimə çox baş vursaq, bir o qədər xalqımız, cəmiyyətimiz haqqında dəyərləri orada tapa bilərik. ANS Azərbaycana ən yeni tarix ənənəsin gətirib. Əslində biz ad olaraqda, düşücə olaraqda, müstəqillik tarixi olaraqda gənc toplumuq və qədim cəmiyyət deyilik. ANS Azərbaycan cəmiyyətini daha yeni tarixə qaytardı. Ona görə də, bu layihənin əsas əhəmiyyəti odur ki, 25 illik müstəqillik tariximizdə bizim artıq bir çox məsələlərə bəhanəmiz qalmır. Biz 1905-ci ildən danışanda deyirik ki, dövlətimiz yox idi, hazırlıqsız idik. Ona görə də, ermənilər bizə qarşı soyqırım törətdilər. Amma 25 illik tariximizdə bunu deməyə mənəvi əsasımız olmadığını göstərən canlı arxivimiz var. Yəni hammı öz səhfini görməyə başlayır. Bu da ANS arxividir. ANS rəhbərliyi bir yenilik etmək üçün irəliyə getməyi özləri üçün bir peşəkarlıq borcu sayırlar. Onlar bütün çətinliklərə rəğmən təmsil etdikləri peşəni peşəgarcasına cəmiyyətə təqdim etməyi bacarırlar. ANS sözü açıq deməyi cəmiyyətə bacarır və hammını razı sala biləcək işi görür. Hesab edirəm ki, yeni layihədən cəmiyyət faydalanacaq və keçmişi özüçün ANS vasitəsilə təhlil etməyi bacaracaq".

ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR
ANS arxivini ictimaiyyətə açdı - FOTOLAR