» » Rusiya gəmiləri Xəzərdə şərti düşmənə atəş açacaqlar

Rusiya gəmiləri Xəzərdə şərti düşmənə atəş açacaqlar

Rusiya gəmiləri Xəzərdə şərti düşmənə atəş açacaqlar

3 minə yaxın hərbçi cəlb edilib.

Rusiya Müdafiə Nazirliyinin keçirdiyi təlimləri çərçivəsində Rusiyanın Baltik donanmasının hərbi birləşmə və bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb, 40-a yaxın gəmi Xəzər dənizində şərti düşmənə atəş açacaq, ucarliyiq.biz xəbər verir.

“Həştərxan və Mahaçqala daimi baza məntəqələrindən Xəzər dənizinə 40-a yaxın hərbi və yardım gəmisi buraxılıb  taktiki gəmi heyət qrupları müxtəlif hədəflərə raket və artilleriya atəşi açmağa hazırdır”, - məlumatda deyilir.

Ümumilikdə tədbirə 3 min hərbçi və 120-dən çox hərbi texnika cəlb edilib.