» » Çeçenistanda Putinə Kadırovdan şikayət edən sakinin evini yandırdılar

Çeçenistanda Putinə Kadırovdan şikayət edən sakinin evini yandırdılar

Çeçenistanda Putinə Kadırovdan şikayət edən sakinin evini yandırdılar

“Kənd sakinlərinə bu mövzuda danışmaq qadağan edilib”.

Çeçenistanın Şaroy rayonunun Kenxi kəndində Rusiya prezidenti Vladimir Putinə videomüraciət zamanı Ramzan Kadırovdan şikayət edən Ramazan Cəlaldinovun evini yandırdılar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Çernovik” nəşri məlumat yayıb.

Cəlaldinovun arvadı gecəyarısı evlərinə maskalı adamların gəldiyini, onlara “sizi xilas etməyə gəlmişik” dediklərini bildiriblər. Həmin adamlar onları maşına oturdaraq körpünün altına aparıblar, daha sonra orada atıblar.

“Evi isə yandırıblar. Kənd sakinlərinə bu mövzuda danışmaq qadağan edilib, sakinləri onların da evlərini yandıracaqları ilə təhdid ediblər”, - qadın deyib.

Daha öncə “Çeçenistanın Şaroy rayon sakini Ramazan Cəlaldinovun Ramzan Kadırova müraciəti” adlı videoçarx yayılıb. Cəlaldinov həyat şəraitinin pis olmasından şikayətlənib.

Bundan başqa o, Çeçenistan rəhbərliyi tərəfindən onların probremlərinə diqqətin olmadığını bildirib.