» » "Sınıq Körpü"də insident baş verdi - FOTOLAR

"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR

"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR

Dövlət Gömrük Komitəsi "Sınıq Körpü" gömrük postunda baş verən insidentə aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib.

Gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da, həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar. Vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər "Sınıq Körpü" gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də mane olmağa çalışıblar.

Tövuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub.

Hazırda "Sınıq Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR
"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR
"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR
"Sınıq Körpü"də insident baş verdi - FOTOLAR