» » İŞİD “Real”ın 16 azərkeşini güllələdi

İŞİD “Real”ın 16 azərkeşini güllələdi

İŞİD “Real”ın 16 azərkeşini güllələdi

“Terrorçular futbolu hədəfə alıblar”.

İŞİD terrorçuları İraqın Balad şəhərində “Real” klubunun azarkeş mərkəzinə hücumu edərək 16 nəfəri öldürüblər.

Ucarliyiq.biz xəbər verir ki, mayın 12-də axşam saatlarında 3 naməlum şəxs kafedə pulemyotlardan atəş açıb. 

Hücum zamanı 16 nəfərin öldüyü, daha 20 nəfərin isə yaralandığı bildirilir. Fan-klubun Facebook səhifəsində hadisəni “xain terror hücumu” adlandırıblar.

Yaraqlılar hadisə yerindən qaçmağa müvəffəq olublar. Sonradan onlardan biri şəhər bazarının yaxınlığında mühasirəyə düşərək “şəhid kəməri”ni işə salıb.

“İraqda “Real” klubunun azərkeşlərinə hücumu qınayıraıq. Həlak olanların ailələrinə başsağlığı veririk. Terrorçular futbolu hədəfə alıblar”, - İspaniya Futbol Liqasının prezidenti Xavyer Tebas öz Twitter səhifəsində yazıb.