» » Azərbaycanla bağlı proqnoz

Azərbaycanla bağlı proqnoz

Azərbaycanla bağlı proqnoz

Bu gün İsveçin paytaxtı Stokhomldakı "Globen- Arena"da "Eurovision-2016" mahnı müsabiqəsinin böyük final mərhələsi baş tutacaq.

Final gecəsində 26 ölkə birincilik uğrunda mübarizə aparacaq.

Ölkəmizi "Eurovision-2016" mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq.

Bukmeykerlər finalda birinciliyə iddialı ölkələrin adlarını açıqlayıb. Avropanın ən böyük bukmeyker saytı hesab edilən "Nicerodds.co.uk" portalında birinci yerin sahibi yenə də Rusiya təmsilçisi Sergey Lazarevdir.

Onların fikrincə, Avropa zövqü "You are the only one" mahnısında cəmləşib. İkinci sırada isə mahnı müsabiqəsinə ikinci dəfə qatılan Avstraliyadır. Dami İm-in yarımfinal mərhələsində çıxışı izləyicilərin rəğbətini qazanıb.

Üçüncü sırada isə Ukrayna təmsilçisi Jamala "1944" mahnısı ilə öz yerini tapıb. Azərbaycan təmsilçisi Səmra Rəhimli əvvəlcə 10-luqda olsa da, yarımfinal çıxışından sonra 21-ci sırada göstərilib.