» » Moskvada “tanrı”nı saxladılar

Moskvada “tanrı”nı saxladılar

Moskvada “tanrı”nı saxladılar

Ondan 50 milyon rubl müsadirə ediblər.

Moskva polisi “Tanrı Kuzya” sektasının rəhbərini saxlayıb, ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir.

“Destruktiv “Tanrı Kuzya” sektasının təşkilatçısı və onun bir sıra yaxın köməkçiləri saxlanılıb. Yeddi ünvan üzrə Moskva mənzillərində axtarışlar aparılıb, böyük məbləğdə pul vəsaiti, spesifik ədəbiyyat və lazımi şəraitdə saxlanılmayan ekzotik heyvanlar müsadirə edilib”, - Moskva polisinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

“Tanrı Kuzya” sektasının təşkilatçısı və onun tərəfdaşlarından hüquq-mühafizə orqanları 43 milyon rubl və 100 min dollardan çox pul vəsaiti müsadirə ediblər. Sektaçılara qarşı “fırıldaqçılıq” maddəsi ilə cinayət işi aça bilərlər.  

2014-cü ildə “Tanrı Kuzya” sektasının üzvlərinin mənzillərində aparılan axtarış zamanı uşaq pornosu və Qırmızı kitaba daxil olan heyvanlar aşkar edilmişdi.