» » Moskvada BMW yeddi piyadanı vurdu

Moskvada BMW yeddi piyadanı vurdu

Moskvada BMW yeddi piyadanı vurdu

Zərbə nəticəsində piyadalardan biri ağır xəsarətlər alıb.

Moskvanın şimal-qərbində BMW X6 avtomobilinin sürücüsü yeddi piyadanı vurub, onlardan biri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ucarliyiq.biz xəbər verir ki, zərərçəkənlərin TASS-a bildirdiyinə görə, “səkidə dayanıb tanışlarını gözlədikləri vaxt, sürücüsü yola baxmayan xarici avtomobil yüksək sürətlə onlara dəyib”.

Zərbə nəticəsində piyadalardan biri maşından xeyli aralı düşüb, o, çoxsaylı sınıqlar alıb. Digər şəxslərin ciddi xəsarətləri yoxdur.

Şahidlərdən birinin sözlərinə görə, “qəza zamanı sürücü qeyri-adekvat vəziyyətdə, bəlkə hətta sərxoş idi və toqquşma zamanı başı telefona qarışmışdı”.