» » Bakıda 10 yaşlı uşaq oğurluğa görə saxlanıldı

Bakıda 10 yaşlı uşaq oğurluğa görə saxlanıldı

Bakıda 10 yaşlı uşaq oğurluğa görə saxlanıldı

Bakıda 10 yaşlı oğlan bir müddət öncə oğurluq etdiyi üçün saxlanılıb.

Hadisə Binəqədi rayonunda baş verib.

Rayon sakini Çiçək Qafarova aprelin 16-da müvafiq polis bölməsinə müraciət edərək həyətindən velosiped oğurlandığını bildirib.

Aparılan araşdırmalarla hadisəni Bakı şəhər sakini, 2006-ci il təvəllüdlü Şirin İlhamovun (şərti) etməsi müəyyən edilib. On yaşlı şübhəli saxlanılıb və polis bölməsinə izahatı alınıb. Bundan sonra Ş.İlhamov sərbəst buraxılıb.(qafqazinfo)