» » Afrikada naməlum insan əcdadının sümükləri tapılıb

Afrikada naməlum insan əcdadının sümükləri tapılıb

Afrikada naməlum insan əcdadının sümükləri tapılıb

Onlar kiçik beyinə malikdirlər.

Cənubi Afrika mağarasında alimlər 15 skelet aşkar ediblər, bu skeletlər planetimizdə 3 min il öncə yaşamış insana bənzər məxluqlara məxsusdurlar.

ucarliyiq.biz xəbər verir ki, tədqiqatçılar iddia edirlər ki, skeletlər müasir insan tipi ilə meymun arasında “körpü” olub.

Tədqiqat eLife jurnalının səhifələrində dərc edilib.

Yeni növün nümayəndələri Homo naledi adını alıblar. Onlar elmə məlum olan qədim insanlardan fərqlənirlər: onların kiçik beyni var, beynin ölçüsünü qorilla beyninin ölçüsü ilə müqayisə etmək olar, çanaq və çiyin sümüklərinin quruluşu isə çox primitivdir.

Bununla yanaşı, alimlər tapıntını Homo-insan növünə aid edirlər, belə ki, kəllə forması, dişlərin kiçik olması, müqayisədə daha uzun ayaqlar və pəncənin quruluşu bu qədim növün müasir insan növü ilə qohum olduğunu göstərir.  

Ekspedisiyaya rəhbərlik edən professor Li Berger, bu qəbildən olan məxluqları heç vaxt görmədiyini söyləyib. Bundan başqa, tədqiqatçıların bir deyil, eyni zamanda 15 skelet tapmaları təəccüb doğurur.

Alimlər bu skeletlərin mağaraya necə düşdüklərinə dair suala cavab verməlidirlər. Mağara torpağın altındadır, ora gedən tunel isə dardır, bu tunel ilə yalnız qadınlar sürünüb keçə bilərdilər.