» » Moskvada qəbiristanlıqda kütləvi dava: 12 ölü - VİDEO

Moskvada qəbiristanlıqda kütləvi dava: 12 ölü - VİDEO

Moskvada qəbiristanlıqda kütləvi dava: 12 ölü - VİDEO

Davada Zaqafqaziya və Asiyadan gələnlər üstünlük təşkil edib.

Moskvanın Xovansk qəbiristanlığında kütləvi dava zamanı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb. 

Ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında polis əməkdaşının da olduğu bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən, davada iştirak etmiş şəxslər müxtəlif odlu və soyuq silahlarlardan istifadə ediblər.

Davada iştirak edən ayrı-ayrı qrupların içində Zaqafqaziya və Asiyadan gələnlər üstünlük təşkil edib. İlkin məlumata əsasən, dava qəbiristanlığın ərazisinin xidmət üzrə bölünməsinə görə baş verib.

Qeyd olunur ki, kütləvi davada ən azı 400 nəfər iştirak edib.