» » ''Kasıb insanlara kömək etmişəm'' - VİDEO

''Kasıb insanlara kömək etmişəm'' - VİDEO

''Kasıb insanlara kömək etmişəm'' - VİDEO

"Aparatın adından istifadə etməmişəm"

Özünü Ombudsman aparatının əməkdaşı kimi təqdim edib, vətəndaşları aldatdı. İndi yalanları başqalarının deyil, onun qəniminə çevrilib. Əməllərinə görə cavab verməli olan şəxs Qazax sakinidir.

Qazaxda 55 yaşlı kişi müxtəlif mağazalara gedərək dələduzluq edib. Şirvan şəhərində qeydiyyatda olan Şahməddin Həsənovun sonuncu qurbanı Qazax sakini Fariz Namazov olub. Zərərçəkən polisə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsənildiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayonu, Poylu qəsəbəsində saxlanılıb.

Qazax və Ağstafa rayonlarında qohumlarının olduğunu deyən Şahməddin Həsənov, iddialarla razılaşmayıb. O, sadəcə insanlara kömək etmək üçün müxtəlif dairələrə xahiş etdiyini bildirib:

"Aparatın adından istifadə etməmişəm. Əvvəllər də "İnsan Haqlarında" işləmişəm. Kasıb insanlara xahişlə, minnətlə kömək etmişəm".

Faktla bağlı cinayət işi açılıb. Həsənov qanun qarşısında həqiqəti olduğu kimi etiraf etməli olacaq.