» » 1 tondan artıq çətənə kolu məhv edildi- Şəmkirdə

1 tondan artıq çətənə kolu məhv edildi- Şəmkirdə

1 tondan artıq çətənə kolu məhv edildi- Şəmkirdə

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar Abdullayevdən 0,075 qram heroin götürülüb. Ucarliyiq.biz -ın lent.az-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi aparılmış tədbirlərlə V.Abdullayevin narkotik vasitəni Fikrət Babayevdən, onun isə Xalid Ağayevdən alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə F.Babayev və X.Ağayev tutulub, F.Babayevdən 335 qram, X.Ağayevdən isə 1,835 qram heroin götürülüb.
Həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun evinə baxış zamanı 2 kiloqram 516,94 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə 2315 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Habelə, Şəmkir RPŞ əməkdaşları tərəfindən rayonun Çinarlı qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 199 kiloqram olan 2181 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.