» » "5 ildir "Eurovision" kubokunu görmürük"

"5 ildir "Eurovision" kubokunu görmürük"

"5 ildir "Eurovision" kubokunu görmürük"

"Eurovision 2011" qalibi Nigar Camal bu gün baş tutacaq finalla bağlı fikirlərini bölüşüb.

Müğənni Ukrayna və Maltaya pərəstiş etdiyini bildirib:

"Bizim "Eurovision"dakı çıxışımızın 5 ili tamam olur. Ən gözəl və mehriban xatirələrimiz bu günlə bağlıdır. Amma təəssüf ki, həmin qalibiyyət günündən sonra biz bir də "Eurovision" kubokunu görmədik. İndi isə o tamam itib.

Təmsilçimizə uğurlar arzulayıram. Özüm isə, eyni zamanda, Ukrayna və Maltaya pərəstiş edirəm".

Qeyd edək ki, Nigar Camal 2011-ci ildə Eldar Qasımovla birlikdə oxuduğu "Running scared" dueti ilə birinci olmuşdu. ( axşam.az)