» » 14 yaşlı yeniyetmənin qatili saxlanıldı - RƏSMİ

14 yaşlı yeniyetmənin qatili saxlanıldı - RƏSMİ

14 yaşlı yeniyetmənin qatili saxlanıldı - RƏSMİ

O, “isti izlərlə” tutulub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi son günlər baş verən iki qətllə bağlı məlumat yayıb. 

Baş Prokurorluqdan ucarliyiq.biz-a verilən məlumata görə, sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb.

“İsti iz”lərlə İ.Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq qətlə yetirildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.