» » ABŞ-da Ermənistan konsulluğunu yandırmağa cəhd etdilər

ABŞ-da Ermənistan konsulluğunu yandırmağa cəhd etdilər

ABŞ-da Ermənistan konsulluğunu yandırmağa cəhd etdilər

Binaya “Molotov kokteyli” atıblar.

Naməlum cinayətkar avqustun 10-da Kaliforniyanın Qlendeyl şəhərində Ermənistan konsulluğunun binasına “Molotov kokteyli” atıb. Bu barədə “The California Courier” qəzetinə öz adını açıqlamaq istəməyən mənbə bildirib.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, qəzetin redaktoru Arut Sasunyanın sözlərinə görə, videomüşahidə kameraları hadisəni qeydə alıb. Saat 00.03 radələrində binanın qarşısında maşın dayanıb, maşından düşən sərnişin binaya içində alışan maddə olan şüşəni atıb. Binanın divarının üzərində alışmanın izləri qalıb, eləcə də hadisə zamanı ağacın budaqları da alışıb. 

Polislər hadisə yerinə gələnə qədər cinayətkar hadisə yerindən uzaqlaşıb. Qlendeyl polisi və ABŞ Dövlət Departamenti təhlükəsizlik xidməti yanğına cəhd hadisəsini fəal şəkildə araşdırırlar. Bu, ABŞ-da və yəqin ki, ümumiyyətlə, dünyada erməni diplomatik binasının hücuma məruz qaldığı ilk haldır.

Qlendeyl polisinin mətbuat katibi “The California Courier” qəzetinin müxbiri ilə söhbətdə bildirib ki, hadisənin araşdırılması davam etdiyi üçün heç bir şərh verə bilməz.