» » Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxarıb

Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxarıb

Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan çıxarıb

Raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli “Prithvi-II” raketini uğurla sınaqdan çıxarıb.

Ucarliyiq.biz xəbər verir ki, raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Yer-yer tipli “Prithvi-II” raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi  məsafəsi 350 km, çəkisi 4,6 tondur. Raket Hindistanın müdafiə tədqiqatları təşkilatı tərəfindən hazırlanıb.