» » Türkiyə vertolyotunu Rusiya raketi ilə vurublar - VİDEO

Türkiyə vertolyotunu Rusiya raketi ilə vurublar - VİDEO

Türkiyə vertolyotunu Rusiya raketi ilə vurublar - VİDEO

PKK terrorçusu vertolyota “İqla”dan atəş açır.

Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir. PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

Ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri “Kobra” tipli döyüş vertolyotunu itirib. Baş qərargah vertolyotun “texniki nasazlıq” üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir. Lakin PKK-nın “GerillaTV” internet televiziyası vertolyotun Rusiyadan alınan “İqla” daşınan zenit-raket kompleksi ilə vurulduğunu əks etdirən videogörüntüləri yayıb.

Kadrlardan görünür ki, yüksək dağlıq ərazidə gedən döyüşlər zamanı kolluqda gizlənmiş PKK terrorçusu vertolyota “İqla”dan atəş açır, raketin hədəfə dəyməsi nəticəsində vertolyot havada parçalanır.

Türkiyənin Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurmasından sonra Moskva kürd separatçılarına dəstəyi artırıb. Suriyanın şimalındakı kürd qruplaşmaları Moskvada ofis açıblar, Türkiyədə PKK-ya bağlı kürd partiyasının lideri Moskvaya dəvət olunub və yüksək səviyyədə qəbul edilib.

Rusiyanın PKK-ya silah dəstəyini artırdığı və bu qruplaşmaya daşınan zenit-raket kompleksləri də daxil olmaqla yeni silahlar verdiyi haqda məlumatlar yayılmışdı.