» » Lavrov: Suriyada Rusiya hərbçiləri var

Lavrov: Suriyada Rusiya hərbçiləri var

Lavrov: Suriyada Rusiya hərbçiləri var

“Onlar artıq uzun illərdir ki, ordadırlar”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya hərbçilərinin Suriyada olmasını təsdiqlədi, ucarliyiq.biz xəbər verir.

“Suriyada Rusiya hərbçiləri var, onlar artıq uzun illərdir ki, ordadırlar. Onların orada iştirakı İŞİD və digər ekstremist qrupların simasında terrorizmə qarşı durmaq ağırlığını çiyinlərində daşıyan Suriya ordusuna silah tədarükü ilə əlaqəlidir”, - Lavrov qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, rusiyalılar suriyalılara yeni texnikanı mənimsəməkdə və onu terrorçulara qarşı istifadə etməyə hazırlamağa yardım edir.

Lavrov Moskvanın Dəməşqə yardımı davam etdirmək niyyətində olduğunu qeyd edib.