» » “Eurovision”un danimarkalı münsifi Ukraynaya səhvən 12 xal verib

“Eurovision”un danimarkalı münsifi Ukraynaya səhvən 12 xal verib

“Eurovision”un danimarkalı münsifi Ukraynaya səhvən 12 xal verib

Avropa Yayım Birliyi baş verən insidentdən xəbərdardır.

Danimarkanın “Eurovision -2016” mühsiflər heyətinin üzvü Hilda Heyk bəyan edib ki, onlar Avstraliyanın əvəzinə, xalları Ukraynaya veriblər.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın “BT.dk” nəşri məlumat yayıb.

Münsiflərin qiymətləri 1-dən 26 xala qədərdir, 1 xal ən yaxşı mahnıya, 26 -ı isə ən pis mahnıya verilir. Heykin sözlərinə görə, o, qiymətləndirmə sistemini qarışdırıb və avstraliyalı müğənni Demi İmin əvəzinə, 12 xalı ukraynalı Camalaya verib. Bununla yanaşı, Heyk Ukraynaya bir xal da vermək fikrində deyildi.

“Bu, mənim ən böyük səhvimdir və bunu etiraf edirəm”, - o deyib.

Danimarkalı münsiflərin səhvi müsahibədə birinci yeri tutumuş Ukrayna və Avstraliya arasında fərqi azaldır, amma nəticəyə təsir etmir. Avropa Yayım Birliyi baş verən insidentdən xəbərdardır.

Mayın 15-nə keçən gecə Stokholmda “Eurovision” mahnı müsabiqəsinin finalı keçirilib. Müsabiqədə birinci yeri “1944” kompozisiyası ilə Ukrayna təmsilçisi Camala tutub. İkinci yerdə Avstraliya ifaçısı Demi İn, üçüncü yerdə isə rusiyalı müğənni Sergey Lazarev (“You are the only one” mahnısı) qərarlaşıb.