» » Altsgeymer xəstəliyi yoluxucu oldu

Altsgeymer xəstəliyi yoluxucu oldu

Altsgeymer xəstəliyi yoluxucu oldu

Alimlər tədqiqat aparıblar.

Böyük Britaniyanın boy hormonunun müalicəsi üzrə kurs keçən, alçaqboylu xəstələri beta-amiloidləri alıblar (bu, Altsgeymer xəstəliyindən əziyyət çəkənlərin beynində rast gəlinən amiloidlərin əsas komponentidir).

Britaniya həkimlərinin tədqiqatı ilk dəfə sübut etdi ki, müəyyən tibbi prosedurlar indiyə qədər yoluxucu hesab edilməyən ölümcül xəstəliyin yoluxma mənbəyinə çevrilə bilər.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Nature jurnalı bildirib.

Prion xəstəliyinin (nuklein turşusuz zülalların mərkəzi sinir sistemi hüceyrələrini süngərvari distrofiyaya uğradaraq demensiya və ölüm verən antroponoz xəstəliklər) insandan insana kimyəvi prosedurlar nəticəsində keçməsi çox uzun bir inkubasiya dövrü ərzində baş verib – 50 ildən artıq.

Aydın olub ki, 1958-1985-ci illərdə 1848 britaniyalıya mərhumların hipofizindən alınmış boy artımı hormonunun inyeksiyası edilib, orqanların bir hissəsi prionlara yoluxmuş olub (həkimlər bundan xəbərsiz olub).

1985-ci ildə metod, xəstələrin arasında Kreyttsfeldt-Yakob xəstəliyi halları ucbatından qadağan edilir.

Con Kollinc və onun həmkarları, Kreyttsfeldt-Yakob xəstəliyindən ölmüş (36-58 yaş) səkkiz xəstənin beyin toxumalarını analiz ediblər. Bundan başqa, prion xəstəliyinin əlamətlərindən başqa altı xəstədə beta-amiloid patalogiya, dördündə isə serebral amiloid angiopatiya (Altsgeymer xəstəliyi ilə əlaqədar, müalicəsi olmayan nadir xəstəlik) aşkar ediblər.  

Bu patalogiyalar 30-50 yaşında xəstələr üçün qeyr-adidir: əgər onlar Kreyttsfeldt-Yakob xəstəliyindən ölməsəydilər, çox güman ki, bir müddət sonra Altsgeymer xəstəliyindən öləcəkdilər.

Müalicəsi olmayan nyrodegenerativ xəstəliklərə, meyitlərdən alınmış boy artımı hormonu inyeksiyasından yoluxmaq riskinin sübut olunduğunu hesab etmək olar.

Alimlər Altsgeymer xəstəliyinə yoluxma riskini daşıyıb-daşımadığını öyrənmək üçün prionların digər yollarla da yoluxması (cərrahiyyə əməliyyatları və qan köçürmə alətləri) üsullarını da yoxlamağa çağırırlar.