» » İŞİD qaçqın müsəlmanları kafir elan etdi

İŞİD qaçqın müsəlmanları kafir elan etdi

İŞİD qaçqın müsəlmanları kafir elan etdi

“Bu, imansızlığa gedən yoldur”.

“İslam Dövləti” (İŞİD) terror təşkilatı müsəlman qaçqınları kafir hesab edir, belə ki, onlar uşaqlarını “imansızların” dünyasına imrəndirməkdə günahkardırlar, Reuters bildirib.

“Bilin ki, islam torpaqlarını qoyub imansızların torpağına səfər etmək böyük günahdır, çünki bu, imansızlığa gedən yoldur”, - terrorçuların təbliğat jurnalında bildirilir.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, mətnin müəlliflərinin sözlərinə görə, bu nəvələrinizin islamı tərk edərək xristianlığı, ateistlik və ya liberal baxışları qəbul edəcəklərinə gətirib çıxara bilər. Eləcə də qeyd edilib ki, xristianlığın üstünlük təşkil etdiyi ölkələrdə uşaqlar şəhvət, əxlaqsızlıq, narkomaniya və alkoqolizm təhlükəsinə məruz qalırlar.

Bu gün üçün iki milyondan çox Suriya qaçqını Misirdə, İraqda, İordaniya və Livandadır, 1,9 milyon nəfər isə Türkiyədədir. 348 min nəfərdən çox suriyalı sığınacaq üçün Avropa ölkələrinə müraciət ediblər, BMT-nin qaçqınlarla iş üzrə Ali komissarlığının idarəsinin saytında bildirilib. Onlar ölkəni 2011-ci ildən Suriyada başlamış vətəndaş müharibəsi ucbatından tərk edirlər.