» » 80 min manatlıq oğurluqun aqibəti - BAKIDA

80 min manatlıq oğurluqun aqibəti - BAKIDA

80 min manatlıq oğurluqun aqibəti - BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Yevgeniy Şepiya və Xalid Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, oğurluq hadisəsi keçən il dekabr ayında Sabunçuda baş verib. DİN-in rəsmi məlumatında bildirilir ki, dekabrın 24-də Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyaları oğurlanıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar.

Onlara Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham verilib (lent.az)